Rusiya Əfqanıstanda Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatı “İslam dövləti”nin hücrəsinin mövcud olduğu və aktiv fəaliyyət göstərdiyi vəziyyətdən narahatlığını ifadə edib...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Əfqanıstandakı vəziyyətlə bağlı iclasında bildirib.
“İŞİD-Xorasan terror qruplaşmasının ölkədə davam etməsini nəzərə alsaq, təhlükəsizlik vəziyyəti bizi xüsusi narahat edən məsələ olaraq qalır. De-fakto hakimiyyətin göstərdiyi səylərə baxmayaraq, terrorizmin kökünün kəsilməsi problemi həll olunmamış qalır”, Nebenzya bildirib.
O əlavə edib ki, İŞİD terrorçuları Əfqanıstanda etnik və dini azlıqlara qarşı cinayətlər törətməkdə davam edir. Eyni zamanda xaricdən maliyyə və maddi dəstək alırlar.
Poliqon.info