Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməklə “Neftçi”nin heyətində rekorda imza atan Emin Mahmudova xatirə hədiyyəsi verilib.
Fanat.Az xəbər verir ki, hədiyyəni milli üzvünə “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer təqdim edib.
Xatirə hədiyyəsi 32 yaşlı yarımmüdafiəçiyə Misli Premyer Liqasının 26-cı turunun “Neftçi” – “Turan Tovuz” oyunundan öncə bağışlanıb.