Goranboyda qadın dərmandan zəhərlənib.
Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Kənd sakini 31 yaşlı Ş. Məmmədova ehtiyatsızlıq edərək dərmandan zəhərlənib.
Xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.