AZ

Cəlilabadın bu kənd məktəbində Şahin müəllim RÜZGARI - ölücanlardan qazanılan para və rüşvət yuvasına çevrilən təhsil ocağı/ŞİKAYƏT

Cəlilabad rayonda təhsil  bəxtsiz cavana bənzəyir. Rayonun bəzi məktəblərində korrupsiyanın ən nadir, ən inanılmaz növləri direktorlar tərəfindən özəl qayda olaraq idarəetmələrinin üsulu desək yanlmarıq. Bu ən çox kənd məktəblərində rüşvətə sökənən özəl islahatlar olaraq qəbul edilir.

Buna misal olaraq, Paytaxt.org-a Cəlilabad rayon Bədirli kənd orta məktəbi direktorunun təhsildən pulqazanma qaydaları ilə bağlı məlumatı nəzərdən keçirməyimiz kifayətdir. 

Daxil olan məlumata görə, Cəlilabadın bu kənd məktəbində rüşvət həcmin çoxalmasının əsas səbəbləri - məktəb direktorunun özəl tələb və əmrləridir. Müdir əsas olaraq vəzifəsini təhsilin səviyyəsini artırmaqda yox, rüşvətin keyfiyyətini qaldırmaqda mahir qazanc sahibidir. Beləki, direktor Şahin müəllim təsərrüfat işindən tutmuş, attestat və dəftərxana işinə qədər yaxşı qazanc əldə etmək üçün əlindən gələni edir. Deyilənə görə, yaxşı qazanıb yaxşı yedirtdiyi üçün  RTİ və İH-də hörmət sahibidir.

Şahin müəllim əvəzçilik üzrə dərs demək üçün gələn müəllimdən bir balaca şirinlik görməsi qəbahət hesab etməyərək, öz məktəbində büllütenə çıxan müəllimin dərsi başqasına əvəzçiliklə verirsə buradan  yuxarıya da nəsə verməsi də elə qəbahət sayılmaz.

Deyilənə görə,  məktəbdə çox sayda xadimə və təəsərrüfat eləcə də kitabxana olmadığı bir məktəbdə bir neçə işçi maaşı yazılır. Yəni hər kəsin bildiyi metod -adı var özü yox qohum - əqraba ÖLÜCANLARI və onların adına olan maaş kartları. Onlarla belə Şahin müəllimin cibində olan maaaş kartların misal ətirmək olar. Mənbə belə iddia edir. Mənbə, daha sonra Şahin müəllimin qazanc qaydalarının bununla bitmədiyini iddia edir. Amma, məlumatın daha da ciddiliyinə vardığımız üçün əməkdaşlarımız araşdırmağa başlayıb. Əgər iddialar özünü doğrurdarsa növbəti yazıda Bədirli kənd orta təhsil ocağını özü üçün adı var özü yox təhsilnsisteminə çevirib, qazanc mənbəyi hesab edən Şahin müəllimin qanunsuzluqlarını silsilə yazılarda işıqlandırmağa çalışacağıq.

Şəhla 

Paytaxt.org

Seçilən
45
1
paytaxt.org

2Mənbələr