AZ

DGK sədri Sinqapur nümayəndə heyətinin başçısı ilə görüşüb

Vyana, 11 mart, AZƏRTAC

Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 10-da BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasında Sinqapur nümayəndə heyətinin rəhbəri, Sinqapurun Daxili İşlər və Milli İnkişaf Nazirliyinin dövlət naziri Muhammad Faysal İbrahimlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
41
1
azertag.az

2Mənbələr