AZ

PSJ fikrini dəyişdi

PSJ "Liverpul"un futbolçusu Məhəmməd Salahın transferi üzrə çalışmalarını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Buna səbəb misirli hücumçunun növbəti ildə də İngiltərə klubunda qalmaq istəməsidir.

Mersisaydlıların 32 yaşlı oyunçu ilə danışıqları davam edir. Bu müddət ərzində futbolçu digər klublarla yeni müqaviləsi haqda danışmaq fikrində deyil.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində 39 matça çıxaraq 30 qol vurub və 22 qolun ötürməsini edib.

Bizim.Media

Seçilən
35
bizim.media

1Mənbələr