Meta məşhur platformada dostları ilə tez-tez Reels paylaşan istifadəçiləri sevindirəcək bir funksiyanı işə salıb.
News24.az bildirir ki, Instagram istifadəçi təcrübəsini yaxşılaşdırmaq və qarşılıqlı əlaqəni artırmaq üçün yeni funksiyanı istifadəyə verib. "Blend" adlı bu funksiya ilə seçdiyiniz insanlarla paylaşdığınız Reels videoları ümumi kəşf sahəsinə çevriləcək.
Bu, ümumi kəşf axını yaradır və Reels məzmunu vasitəsilə fərdiləşdirilmiş qarşılıqlı əlaqə sahəsi təmin edir.
Zəhraxanım Şeydayeva