
Bu gün Azərbaycanda üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.

E-saglam.az xəbər verir ki, Yel çərşənbəsi Novruzun dörd çərşənbəsindən üçüncüsüdür və havanın oyanmasını simvolizə edir.
İnanca görə, bu gün küləklər əsərək yerin, suyun və odun gücünü hərəkətə gətirir, baharın gəlişini yaxınlaşdırır. Yel çərşənbəsində adətən küləkli hava müşahidə olunur və bu, təbiətin yenilənməsinə işarə sayılır. İnsanlar bu gün dua edir, bayram süfrəsi açır və qədim adətləri yaşadırlar.