Milli Onkologiya Mərkəzinin korpuslarda quraşdırılmış yanğın xəbərverici sistemlərə texniki xidmətlə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil. Şərtlər toplusunun “işçilərin müvafiq sahə üzrə minimum 3 il təcrübəyə malik olması” barədə tələbi bütün təchizatçılar tərifindən təmin olunmadığı nəzərə alınaraq satınalmanın nəticələri ləğv olunur.
Kotirovka sorğusunun dəyəri 28 990 AZN olub.
Cabir Həsənov
Tarix: 11 Mart 2025, 08:11