ABŞ-də təcili yardım helikopteri qəzaya uğrayıb.
ABŞ-nin Missisipi ştatının Medison dairəsində 3 nəfərin olduğu təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, qəza zamanı təcili yardım helikopterində xəstə olmadığı öyrənilib.
Missisipi Universitetinin Sağlamlıq Mərkəzi rəsmiləri Medison qraflığında helikopter qəzası ilə bağlı açıqlama yayıb.
İlkin məlumatlara görə, pilotu və xəstəxananın iki əməkdaşını daşıyan təcili tibbi yardım helikopteri qəzaya uğrayıb, göyərtədə xəstələr olmayıb.