AZ

Sürücü nə xətt dedi, nə də nişan; gəldiyi kimi dönüb qəza şəraiti yaratdı- VİDEO

Bakıda qaydalara əməl etməyən sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 24-də, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində qeydə alınıb.

Belə ki, 99-AA-030 qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edərək yolayrıcına çatan zaman təhlükəli manevr edib. Videodan da göründüyü kimi, sağ zolaqda hərəkətin yalnız sağa təşkil edildiyi halda, sürücü həmin zolaqdan qəfil sola dönərək düzünə və sola dönən avtomobillərə qəza şəraiti yaradıb. Eyni zamanda sola dönən zaman zolaqlar arasındakı manevri qadağan edən bütöv xəttin də tələbini pozub.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

Seçilən
23
avtosfer.az

1Mənbələr