AZ

Bu haker qrupu "X"ə kütləvi kiberhücuma görə məsuliyyəti öz üzərinə götürdü

Fələstini dəstəkləyən "Dark Storm Team" haker qrupu martın 10-da "X" sosial şəbəkəsinə edilən kütləvi kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, adıçəkilən haker qrupu İsraili dəstəkləyən ölkələr və təşkilatları hədəf alması ilə tanınır.

Xatırladaq ki, "X" sosial şəbəkəsi martın 10-da genişmiqyaslı kiberhücuma məruz qalıb, nəticədə platformanın mobil tətbiqində və web-versiyasında ciddi fasilələr yaranıb. "X"in sahibi İlon Mask "Fox Business Network"ə müsahibəsində hücuma görə Ukraynanı günahlandırmışdı.

Seçilən
33
publika.az

1Mənbələr