Dünyaca məşhur supermodel Jizel Bündhen ana olduqdan sonra çimərlik paltarında bədən quruluşunu nümayiş etdirib.
OLAY yazır ki, fevral ayında sevgilisi və ciu-citsu üzrə yarımştat təlimatçı Joaquim Valentedən dünyaya üçüncü övladını gətirən 44 yaşlı podium ulduzu ilk dəfə çimərlik geyimində ictimaiyyət qarşısına çıxıb.
Paparatsiyalar Jizeli ailəsi ilə birlikdə istirahət edərkən görüntüləməyə nail olub. Model dəbdəbəli bəbir printli “body”də dəniz sahilində dincəlib.
Bündhenin fotoları sosial şəbəkədə paylaşıldıqdan sonra müzakilərə səbəb olub. İzləyicilərin əksəriyyəti Jizelin yaşına görə gözəl və fit göründüyünü yazıblar.
Qeyd edək ki, Jizelin 15 yaşlı böyük oğlunun adı Benjamin Reign, 12 yaşlı qızının adı isə Vivian Lakedir.


