
Yunanıstanın Xarici İşlər Naziri Giorgios Gerapetritis, Suriyadakı yeni rejim altında baş verən yüzlərlə ölüm hadisəsi ilə bağlı ciddi narahatlığını dilə gətirərək, Avropa və ABŞ-ı bu ölkədəki islamçı qruplar üzərində daha sərt nəzarət etməyə çağırıb.
“Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, o, beynəlxalq birliyə, xüsusən də Suriya’dakı dini azlıqları, o cümlədən Ortodoks xristianları, idarəetməyə cəlb etməyi tövsiyə edib. Gerapetritis, yalnız bu halda sanksiyaların mərhələli şəkildə və yavaş-yavaş azaldılmasını təklif edib.
Nazir, sanksiyaların yalnız "yavaş bir şəkildə" azaldılmasının vacibliyini vurğulayıb və hər hansı bir sanksiya aradan qaldırılarkən, bu dəyişikliklərin "geri dönülə bilən" bir şəkildə həyata keçirilməli olduğunu qeyd edib. O, belə bir yanaşmanın rejimi daha yaxşı davranmağa sövq edəcəyinə və sanksiyaların təkrarı olmadan Suriya’dakı vəziyyəti daha sabit və sağlam bir səviyyəyə gətirəcəyinə inandığını bildirib.
Diqqət Çəkənlər
Həftəlik bürclər: 10-17 MART
ABŞ-da azyaşlılara "kredit" verildi: Şok edici faktlar
Ukrayna Almaniya ilə memorandum imzaladı