Biləsuvar rayonunda zəhərlənmə hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü D. Rəsulov yaşadığı evdə sirkə turşusu içib.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada tibbi yardım göstərilib və Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.(unikal)