Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Y.Bağırovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
Qeyd: Hadisə 06 iyun 2024-cü il tarixdə, saat 09 radələrində Cəlilabad rayonu, Sadatlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sözügedən ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Hadisədən sonra Y.Bağırov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 10 ay 26 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.
Kamal Məmmədov