AZ

“Prior Leasing” şirkətinə yeni baş icraçı direktor təyin edilib

“Prior Leasing” ASC-yə yeni baş icraçı direktor (CEO) təyin edilib.

Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, bu vəzifə Araz Səfərliyə həvalə edilib.

Araz Səfərli “Unibank”da Pərakəndə Biznesin inkişafı departamentinin direktoru, Satış və Xidmətə dəstək departamentinin müdir müavini, “Bank of Baku”da isə İstehlak kreditləri şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir.

Seçilən
14
3
valyuta.az

4Mənbələr