Gecə ərzində hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları, o cümlədən 91-i Moskva üzərində olmaqla 337 ədəd Ukrayna PUA-sını vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gəcə baş verən hücum 2025-ci ilin ən böyük hücumu olub:
“Moskvada 91, Kurskda 126, Bryansk 38, Belqorodda 25, Ryazanda 22, Kaluqada 10, Lipetskdə 8, Oryolda 8, Voronejdə 6, Nijni Novqorod vilayətinin ərazisi üzərində isə 3 ədəd PUA vurulub”.