Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər ölüb, 29-u nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə ştat qubernatoru Salomon Jara mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, paytaxt Mexikodan hərəkət edən sərnişin avtobusu Mitla-Tehuantepek avtomobil yolunda aşıb.
Jara həyatını itirənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını bildirib.