AZ

Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaq?

Azərbaycan Prezidenti İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Valyuta.az xəbər verir ki, mövzunu şərh edən deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar.

“Belə ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valdeynlərini itirmuş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır. Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Yeni qaydalara əsasən, sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”.

Seçilən
14
49
valyuta.az

10Mənbələr