Bu gecə Ukrayna Ordusunun Moskvaya növbəti PUA-a hücumu olub. Rusiya hava hücumundan müdafiə sistemləri şəhərə hücum etmək istəyən 69 Ukrayna pilotsuz təyyarəsini vurub.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində bir neçə yerdə dağıntılar qeydə alınıb.
Vurulmuş dronların parçaları Moskvanın Domodedovskaya küçəsində, Domodedovo dəmiryol vağzalı ərazisində, Domodedovo şəhərində avtomobil dayanacağında, Vidnoye şəhərində yaşayış binalarında, həmçinin Ramenskoyedə çoxmərtəbəli binaya xələl yetiriblər.
Elcan
Missiya.Az