Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.
İspaniya nəhəngi “Barselona” evdə Portuqaliyanın “Benfika” komandasını sınağa çəkəcək. Səfərdə baş tutmuş ilk oyunda ispanlar 1:0 hesablı qələbəyə seviniblər.
Niderland təmsilçisi “Feyenoord” səfərdə “İnter”in qonağı olacaq. İtaliya klubu səfərdəki ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi üçün mərhələ adlamağa çox yaxındır.
Günün ən maraqlı görüşü İngiltərədə “Liverpul”la Fransa nəgəngi PSJ arasında keçiriləcək. Bu komandaların Parisdə baş tutmuş ilk oyunu ingilislərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Bu gün həm də iki Almaniya nəhəngi – “Bayern” və “Bayer” komandaları üz-üzə gələcəklər. Münhen təmsilçisi ilk oyunda böyük hesabla qalib gəldiyi üçün bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan dörd cavab matçı sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
11 mart
21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)
İlk oyun – 1:0.
00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 1:0.
00:00. “İnter” (İtaliya) – “Feyenoord” (Niderland)
İlk oyun – 2:0.
00:00. “Bayer” (Almaniya) – “Bayern” (Almaniya)
İlk oyun – 0:3.