AZ

Həzm sistemi ilə əlaqəli ən çox rast gəlinən simptomlar hansılardır?

Bakı. Trend:

Həzm sistemi ilə əlaqəli ən çox rast gəlinən simptomlara mədənarahatlığı və ağrı, daimi doluluq hissi, şişkinlik, qarın ağrısı,qəbizlik və ishal daxildir. Bəzən mədə yanması və bulantı da buproblemlərin əlaməti ola bilər. Bu simptomlar, adətən, qeyri-sağlamqidalanma, sürətli yemək, stres və bəzən də həssaslıq səbəbindənyaranır.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloqEmin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, tələsik qida qəbulu, yemək zamanıtelevizora və ya telefona baxmaq, danışmaq həzm prosesini pozabilər:

“Yemək zamanı əsas fikir qidaya olmalı və zövq alınmalıdır. Buzaman həzm fermentləri daha yaxşı və tez ifraz olunur. Sağlam vədüzgün qidalanma isə bu cür problemlərin qarşısını almaqda mühümrol oynayır. Məsələn, zəngin lifli qidalar – təzə meyvə, tərəvəz vətam taxıllı məhsullar – bağırsaq hərəkətlərini tənzimləyərəkqəbizliyi aradan qaldırmağa kömək edir. Eyni zamanda, balanslı birmenyu mədənin həddindən artıq yüklənməsinin qarşısını alır və həzmprosesini daha səmərəli edir”.

Mütəxəssis-ekspert qeyd edib ki, qarışıq və fasiləsiz qidalanmahəzm fermetlərinin limitini sonlandıra bilir və orqanaistirahətinə, öz işini bərpasına imkan vermir: “Məsələn, çəkilmişətdən hazırlanan qidalarla soyuq qazlı işkilərin istifadəsi,yeməkdən çox çörəyin qəbulu məhz şişkinlik və köp kimi əlamətlərinəsas səbəbidir. Bəzi qidaların qəbulundan sonra mədədə qıcqırma,yanma hissi artan turşuluq səviyyəsinə bağlı ola bilir. Xüsusiləqəhvə, acılı qidalar, süd, bal, soğan, sarımsaq mədə üçünprovakativ qidalar hesab olunur”.

E.Məmmədov sonda bildirib ki, əgər həzm şikayətləri sağlamqidalanma ilə də rahatlamırsa, mütləq həkimə müraciət etmək vəmüayinə olunmaq lazımdır.

Məqalədə:
Seçilən
58
2
az.trend.az

3Mənbələr