Polis Filippinin keçmiş prezidenti Rodriqo Duterteni (2016-2022) Beynəlxalq Cinayət Məhkəməsinin “insanlığa qarşı cinayətlər”ə görə ittihamı əsasında Manila hava limanında saxlayıb...
Poliqon xəbər verir ki, bu barədə yerli “Manila Bulletin” nəşri məlumat yayıb. Nəşr yazır ki, BCM keçmiş dövlət başçısının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədəki hərəkətlərini araşdırır.
Duterte Honq-Konqdan gələrkən saxlanılıb. Keçmiş prezident həbs olunacağını öyrəndikdən sonra təyyarəni tərk etməkdən imtina etsə də, sonradan polis protokoluna əməl etməyə razı olub.
Polisin məlumatına görə, Rodriqo Dutertenin prezidentliyi dövründə 6000 şübhəli öldürülüb. Lakin insan haqları qrupları narkotiklərlə mübarizə kampaniyasında 30 min insanın öldürüldüyünü iddia edir. BCM-nin istintaqı 2011-ci ilin noyabrından 2016-cı ilin iyununa qədər törədilmiş iddia edilən cinayətləri əhatə edir.
Poliqon.info