"Mançester Yunayted" klubu yaxın vaxtlarda "Old Trafford"un yerinə yeni stadionun tikintisinə başlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “mankunianlar”ın rəhbərliyi yaxın vaxtlarda bununla bağlı açıqlama verəcək. Yeni arenanın 100 min tamaşaçı tutumuna malik olması planlaşdırır.
“Klub və dünyanın ən böyük memarı Norman Foster həqiqətən də "Mançester Yunayted"in gələcəyi üçün ən möhtəşəm stadion dizaynını yaradıb. Üç-beş ildən sonra “Mançester Yunayted” dünyanın ən gəlirli klubu olacaq, əgər planımızı həyata keçirə bilsək və kuboklar qazansaq, onlar dünyanın ən simvolik stadionuna sahib olacaqlar”, – deyə klubun həmsahibi Cim Ratkliff bildirib.