AZ

Çempionlar Liqası: İlk 1/4 finalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Msport.az xəbər verir ki, ilk gündə 4 görüş olacaq.

“Barselona” doğma arenasında “Benfika”nı, “Liverpul” PSJ-ni, “İnter” isə “Feyenord”u qəbul edəcək. İspaniya, İngiltərə və İtaliya nəhəngi səfərdəki ilk matçda qələbə qazanmışdı. Almaniya derbisində “Bavariya” “Bayer”in qonağı olacaq.

Bununla da 1/4 finalın ilk 4 iştirakçısı bəlli olacaq.

 

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

11 mart

 

21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun – 1:0.

 

00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 1:0.

 

00:00. “İnter” (İtaliya) – “Feyenord” (Niderland)

İlk oyun – 2:0.

 

00:00. “Bayer” (Almaniya) – “Bavariya” (Almaniya)

İlk oyun – 0:3.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları sabah keçiriləcək.

Seçilən
32
50
msport.az

10Mənbələr