AZ

Dumanlı hava nə vaxtadək davam edəcək?

Martın 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.   Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Seçilən
54
49
manset.az

10Mənbələr