AZ

X platformasına giriş problemi Ukraynadan qaynaqlanır- Mask

BAKI, TurkicWorld

X sosial media platformasının sahibi Elon Musk platformada yaşanan giriş problemlərinin “Ukraynadan qaynaqlanan böyük bir kiberhücum” nəticəsində baş verdiyini iddia edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Musk, X-in sistemini hədəf alan kiberhücumun Ukrayna IP ünvanlarından gəldiyini bildirib. Lakin baş verənlərin tam detalları ilə bağlı hələlik dəqiq məlumat olmadığını qeyd edib.

Musk həmçinin ABŞ hökumətinin maliyyə idarəçiliyində ciddi problemlər olduğunu vurğulayıb. O, Tramp administrasiyasının USAID-də həyata keçirdiyi islahatları müdafiə edərək, federal xərclərin böyük həcmdə israf olunduğunu iddia edib. ABŞ Hökumət Hesabatlılığı Ofisinin hesabatına əsaslanan Musk, Bayden administrasiyası dövründə yarım trilyon dollarlıq korrupsiyanın aşkarlandığını bildirib.

O, Sosial Müdafiə İdarəsinin məlumat bazasında 100 yaşdan yuxarı 20 milyondan çox insanın qeydə alındığını və bu rəqəmin şübhə doğurduğunu qeyd edib. Musk, bu korrupsiya iddialarını araşdırmaq üçün federal departamentlərdə yoxlamalar aparıldığını və Hökumətin Səmərəliliyi Departamentinin bu işlə məşğul olan 100-dən çox əməkdaşı olduğunu bildirib.

Seçilən
24
turkic.world

1Mənbələr