"Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edilib.
"Report" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə hazırlanan kitabın təqdimatı "Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransda baş tutub.
Konfransda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
Qeyd edilib ki, indiki Ermənistan ərazisində Qərbi Azərbaycan torpaqlarında dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş abidələr haqqında fundamental elmi tədqiqatın nəticəsi olan kitab bölgədəki azərbaycanlı izlərini daha aydın göstərməyə imkan verir.
Kitabda müvafiq başlıqlı cədvəllər üzrə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə, xüsusilə 1987-1991-ci illərdə azərbaycanlıların sonuncu deportasiyasından sonra qalan, haqqında az məlumat olan 144 sayda abidənin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat abidənin təsviri, ölçüləri ilə əlaqədar informasiyalar öz əksini tapıb.