Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 337 Ukrayna pilotsuz təyyarəsini vuraraq ələ keçirib, onlardan 91-i Moskva vilayəti üzərində səmada olub.Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin idarənin məlumatına görə, PUA-lar Kursk (126), Bryansk (38), Belqorod (25), Ryazan (22), Kaluqa (10), Lipetsk (8), Oryol (8), Voronej (6) və Nijni Novqorod (3) vilayətlərində vurulub.Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, şəhərin Leninski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Ramenski rayonunda PUA-nın parçaları çoxmənzilli binanın üzərinə düşüb, mənzilləri zədələnib, insanlar təxliyə edilib.