"Azercell Telekom" MMC-nin "NNTV" xidməti ləğv ediləcək.
Valyuta.az xəbər verir ki, fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş bu xidmətə aprelin 11-dən məhdudiyyət qoyulacaq
Həmin tarixədək "NNTV" xidmətinə qoşulmuş istifadəçilər növbəti yenilənməyə qədər xidmətdən istifadə edə biləcəklər.
Qeyd edək ki, 2019-cu ildən istifadəyə verilmiş bu xidmət vasitəsilə abunəçilər, telefonlarında 150 televiziya kanalını internet üzərindən izləmək imkanına sahib olublar.