“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo unikal nəticəyə imza atıb.
Publika.az xəbər verir ki, Ronaldo 30 yaşından sonra 464 qol vurub. Bu, onun peşəkar futbola başladığı vaxtdan 30 yaşına qədər vurduğu qol sayından çoxdur. O, 30 illik yubileyinə qədər rəqib komandaları 463 dəfə məyus edib.
Umumilikdə portuqaliyalı ulduzun bütün karyerası ərzində 927 qolu var. O, bu göstəricidə dünya rekordçusudur. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nısr”da 92, Portuqaliya millisində isə 134 qol vurub. Hücumçu futbol tarixin ilə yanaşı milli komandaların, Avropa çempionatının, UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının ümumi bombardiridir.