AZ

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bu şəxsə 100 min manat verəcək

“Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” sifarişçinin sifarişinə əsasən sifarişçi ilə imzalanacaq müqavilələrin notarial qaydada rəsmiləşdirilməsi xidmətinə 100 000 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə Əliyev Səbuhi Osman oğlu ilə müqavilə bağlayıb.

 

S.Əliyev 4 saylı notariat ofisində çalışır.

 

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 11 Mart 2025, 10:36   
Seçilən
27
pravda.az

1Mənbələr