Azərbaycan-Finlandiya dostluq qrupunun rəhbəri, millət vəkili Razi Nurullayevlə deputat Sevinc Fətəliyeva Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kirsti Narine ilə görüşüblər.
Newscenter.az xəbər verir ki, bu barədə deputat Sevinc Fətəliyeva özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili qeyd edib ki, səmimi və konstruktiv şəkildə keçən görüş zamanı dünyadakı vəzyyət, Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, əməkdaşlıq perspektivləri və ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.
Sevinc Fətəliyeva, "Dialoq açıq və məzmunlu keçdi. Əminik ki, Azərbaycan və Finlandiya arasında qarşılıqlı anlaşma və sıx əməkdaşlıq daha da möhkəmlənəcək",-deyə vurğulayıb.
Süleyman