AZ

ABŞ texnikası Ukraynada istifadəsiz qalıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması amerikalı texnikanın istismarında durğunluğa səbəb olub. Business Insider yazır ki, Donald Trampın bu təşəbbüsü nəticəsində döyüşlərdə zədələnmiş hərbi texnikanın təmiri daha da çətinləşib.

Məqalədə qeyd edilir ki, əvvəllər Ukraynada sıradan çıxan texnika əsasən Polşa kimi NATO ölkələrinə göndərilirdi, lakin bu proses çox vaxt aparırdı. ABŞ isə həmişə öz hərbi texnikasının Ukrayna ərazisində təmirinə ciddi məhdudiyyətlər qoyub və Tramp administrasiyası dövründə bu qaydalar daha da sərtləşib.

Ukrayna parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Sergey Raxmaninin sözlərinə görə, vəziyyət kritik həddə çatıb. Tankın yalnız bir detalı çatışmır, lakin Ukrayna tərəfi ABŞ-dən icazə və çertyoj almadığı üçün onu istehsal edə bilmir. Nəticədə döyüş maşınları "sonsuz təmir" vəziyyətində qalır.

Xüsusilə Bradley piyadaların döyüş maşınları, Abrams tankları və Stryker zirehli transportyorları döyüş qabiliyyətini itirib. Bildirilir ki, Kursk vilayətinə hücum edən Ukrayna qüvvələri ABŞ-nin bu texnikasından asılıdır, lakin indi bu maşınlar istifadəyə yararsız vəziyyətdədir.

Bundan əvvəl ABŞ rəsmiləri NATO-nun Şərqə doğru aqressiv genişlənməsini səhv addım kimi qiymətləndirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr