
Ötən gecə Ukrayna ordusu tərəfindən Rusiya ərazisinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub. Onlardan 91-i Moskva vilayəti üzərində vurulub.
Moskva vilayətinə PUA hücumu yerli vaxtla səhər saat 4-də başlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, hücum 2025-ci ilin ən böyük PUA hücumu olub.