AZ

Mask bir gündə 29 milyard dollar itirib

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, amerikalı sahibkar İlon Mask "Tesla" səhmlərinin 15,4% ucuzlaşmasından sonra bir gündə 29 milyard dollar itirib...

 

Poliqon xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.

Martın 11-də keçirilən ticarətdən sonra elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmləri 15,43% ucuzlaşaraq 222,15 dollara düşüb. Üstəlik, ilin əvvəlindən səhmlər artıq 1,8 dəfə ucuzlaşıb - qiymətli kağızlar 2024-cü ili bir səhm üçün 403,84 dollar qiymətlə başa vurub.

Nəticədə Maskın sərvəti bir gündə 29 milyard dollar azalaraq 301 milyard dollara düşüb. Bloomberg reytinqlərinə görə, ilin əvvəlindən milyarder artıq sərvətinin 30,5%-ni və ya 132 milyard dollarını itirib.

Eyni zamanda, sahibkar dünyanın ən zəngin adamları arasında liderliyini qoruyub saxlayır. Maskın xalis sərvəti keçən ilin dekabrında zirvəyə çatıb, o zaman 486 milyard dollar olub.

Poliqon.info

Seçilən
17
1
poliqon.info

2Mənbələr