Xəbər verdiyimiz kimi, Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı ilə Manilada həbs edilib.
"Unikal" xəbər verir ki, Duterte Honq-Konq səfərindən qayıtdıqdan sonra paytaxt hava limanında saxlanılıb.
Filippin Milli Polisi (PNP) bildirib ki, İnterpolun da axtarışında olan Duterteni Honq-Konqdan qayıtdıqdan sonra saxlamaq üçün azı 7 min polis məmuru səfərbər olunub.