Millət vəkili Bəhruz Məhərrəmov şəhid ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: " Şəhidimiz Yoldaşov Alim Mirzə oğlunun doğum günü münasibətilə onun ailəsini ziyarət edərək başsağlığı diləklərimizi çatdırdıq. Qeyd edək ki, Alim Yoldaşov (1997) Nəsimi kəndində doğulmuş, 44 günlük haqq savaşımızda qəhrəmancasına şəhid olmuş və müzəffər Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31