AZ

Bu çərşənbə axşamında oyanan külək suyu, odu hərəkətə gətirir- ÖZƏL

Milli Məclisin deputatı Tamam Cəfərova Yel çərşənbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. "Olaylar" xəbər verir ki, təbrikdə qeyd edilir: "Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel Çərşənbəsidir! Xalq arasında ona Külək çərşənbəsi, Hava çərşənbəsi, Yelli çərşənbə, Küləkoyadan çərşənbə də deyirlər. Bu çərşənbə axşamında oyanan külək suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də ahəngində bir hərarət olur. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülür.Yel çərşənbəsi münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edir, hər daim süfrənizin bol ruzi və bərəkətli olmasını arzu edirik. Bahar yeli  həyatınıza sevinc gətirsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr