AZ

Mask bir gündə 29 milyard dollar itirdi - FOTO

Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşr Milyarderlər İndeksinin (BBI)məlumatlarına istinad edib.

Martın 11-də keçirilən aksiyadan sonra elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmləri 15,43% ucuzlaşaraq 222,15 dollara düşüb. Üstəlik, ilin əvvəlindən səhmlər də artıq 1,8 dəfə ucuzlaşıb: "Nəticədə Maskın sərvəti bir gündə 29 milyard dollar azalaraq 301 milyard dollara düşüb. Reytinqlərə əsaslansaq, ilin əvvəlindən milyarder artıq sərvətinin 30,5%-ni və ya 132 milyard dollarını itirib".

Eyni zamanda, sahibkar dünyanın ən zəngin adamları arasında liderliyini qoruyub saxlayır. Maskın xalis sərvəti keçən ilin dekabrında zirvəyə çatmışdı. O zaman biznesmenin 486 milyard dolları var idi.

Tural Tağıyev
AzVision.az

Seçilən
11
1
azvision.az

2Mənbələr