Bakı. Trend:
“Mülki hava limanları və (və ya) aerodromların istismarayararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizliktələblərinin təminatı baxımından sertifikatlaşdırılması, havalimanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatınınalınması, onların dövlət qeydiyyatına alınması Qaydaları” təsdiqedilib.
Trend xəbərverir ki, Baş nazir Əli Əsəsdov bununla bağlı qərar imzalayıb.
Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan RespublikasıQanununun 10.2-ci, 10.3-cü maddələrinə və 10.13-cü maddəsininbirinci cümləsinə uyğun olaraq hazırlanıb və mülki hava limanlarıvə (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiyatəchizatı və təminatı, o cümlədən təhlükəsizlik tələblərinintəminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (vəya) aerodromlara uyğunluq sertifikatının alınması, habelə onlarındövlət qeydiyyatına alınması ilə bağlı tələbləri müəyyən edir.
Mülki hava limanları və (və ya) aerodromlarınsertifikatlaşdırılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyitərəfindən həyata keçirilir.
Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət Agentliktərəfindən həyata keçirilir.
Qaydalarla linkə keçid edərək tanış olmaq mümkündür.