Məşhur idman nəşri ESPN, Rafael Fiziyevin UFC-yə qayıdışı ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli döyüşçü qısa müddətdə Castin Qeyciyə qarşı döyüşə hazırlaşaraq UFC 313-də oktaqona çıxıb.

Fiziyevin iştirakı ilə baş tutan bu qarşılaşma gecənin ən yaxşı döyüşü seçilib. ESPN-in qeyd etdiyinə görə, o, 2023-cü ildə aldığı diz zədəsindən sonra geri dönməsinə baxmayaraq, rinqdə əla performans sərgiləyib.