Bakı.Trend:
11 mart 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyində “ASAN müraciət” informasiya sistemininfəaliyyəti ilə bağlı tədbir təşkil olunub.
TrendTrend xəbər veri ki, tədbirmüvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmişfəaliyyətin yekunlarına həsr olunub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevinşəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətindəvətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədləmüasir texnologiyalardan və həllərdən istifadə edildiyinivurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarladövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusiəhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativüsullarla həll edildiyini diqqətə çatdırıb.
Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara,fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASANkönüllülərinə təşəkkürnamələr təqdim olunub.
"ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin2020-ci il 21 avqust 2232 nömrəli Sərəncamı əsasında ictimaiiştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadəedərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarınayönləndirilməsi məqsədilə yaradılıb.
Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimaixarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri,infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi iləbağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməkləoperativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini vəhəmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təminetməkdir.
Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı iləölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisnaolmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsinitəmin edir. Bu günə kimi 25 000-ə yaxın istifadəçi “ASAN müraciət”mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib.
Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləməkmümkündür.