AZ

Mask “X”ə kiberhücumda Ukraynanı günahlandırır


“X” sosial şəbəkəsinə kütləvi kiberhücumda Ukrayna IP ünvanları iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, “X”in sahibi, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Hələ təfərrüatlardan əmin deyilik. Ancaq “X”i sıradan çıxarmaq məqsədi daşıyan böyük bir kiberhücum olub. IP ünvanlar Ukraynanın bir regionuna işarə edir”, - Mask əlavə edib.
Qeyd edək ki, bazar ertəsi bəzi ölkələrdə “X”də kütləvi fasilə müşahidə olunub.
“Downdetector” xidmətinin məlumatına görə, problemləri görənlərin 46%-i proqramda nasazlıqlar olduğunu, 41%-nin serverə qoşulmadığını, 13%-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.
Hücum bazar ertəsi Bakı vaxtı ilə təxminən 13:30-da başlayıb. Şikayətlərin pik həddi təxminən saat 14:00-da baş verib. 10 dəqiqədən sonra sosial şəbəkə yenidən işə başlayıb və problemlər barədə məlumatların sayı kəskin şəkildə azalıb.
Ən çox şikayətlər Yaponiyadan gəlib. Tətbiqin fəaliyyətindən 70 mindən çox Yaponiya vətəndaşı şikayət edib.
Sosial şəbəkə ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.
Seçilən
14
yeniavaz.com

1Mənbələr