AZ

İngiltərə sahillərində dəniz qəzası yanğına səbəb olub

BAKI, TurkicWorld

İngiltərənin Şərqi Yorkşir sahillərində neft tankeri ilə yük gəmisi toqquşub, nəticədə yanğın baş verib.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, Kral Milli Xilasetmə Qayıqları İnstitutu (RLNI) hadisə yerinə dörd xilasedici qayığın göndərildiyini açıqlayıb.

Sahil Mühafizəsinin məlumatına görə, qəza ilə bağlı ilk həyəcan siqnalı yerli vaxtla 09:48-də verilib. Bundan dərhal sonra xilasedicilər, yanğınsöndürmə qrupları və bir xilasetmə helikopteri hadisə yerinə cəlb edilib.

Gəmidə olan bir neçə nəfərin artıq təxliyə edildiyi bildirilir. Qəzanın səbəbləri və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Seçilən
28
turkic.world

1Mənbələr