AZ

PSJ Salahı transfer etmək fikrindən daşındı - SƏBƏB

Fransanın PSJ klubu "Liverpul"un hücumçusu Məhəmməd Salahı transfer etmək fikrindən imtina edib.

Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Xəbərə görə, 32 yaşlı misirli cari mövsümdən sonra "Liverpul"da qalmaq istədiyi barədə məlumat əldə edən parislilər keçidin baş tutmayacağı reallığı ilə barışıblar. Hazırda mersisaydlılarla futbolçu arasında danışıqlar davam edir və Salah digər klublarla müqaviləni müzakirə etməyi planlaşdırmır.

Salah 2024/25 mövsümündə 39 matçda 30 qol vurub və 22 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.

Seçilən
15
fanat.az

1Mənbələr