Tatarıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi elan edilib.
Ölkə.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi 2025-ci ildə ən böyük pilotsuz təyyarə hücumu barədə məlumat verib. Ümumilikdə bir gecədə ölkə ərazisi üzərində Ukraynaya məxsus 377 PUA vurulub. Hərbi idarənin məlumatına görə, Kursk vilayəti üzərində 126, Bryansk vilayəti üzərində daha 38, Belqorod vilayəti üzərində 25, Ryazan vilayəti üzərində 22, Kaluqa vilayəti üzərində isə 10 pilotsuz təyyarə məhv edilib.
Eyni zamanda, Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 74 pilotsuz təyyarənin bir gecədə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu, düşmən PUA-larının şəhərə ən kütləvi hücumu olub.
Həmidə İbrahimova