Bakı, 11 mart, AZƏRTAC
Bu gün minifutbol üzrə Azərbaycan çempionu bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, finalda “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşacaq. Bakı Tennis Akademiyasında keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Xatırladaq ki, ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.