Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki (EBSL) rəqibləri bəlli olub.
Msport.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib.
B Liqasının A qrupuna düşən millimiz burada Litva, İngiltərə və Belçikaya rəqib olub. Qrupun matçları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunacaq.